Sakroilyak Disfonksiyonda Manuel Tedavi, Sakroilyak ve Lomber Egzersizlerin Etkinliklerinin Karşılaştırılması
Javadov A, Ketenci A, Aksoy C. Pain Physician. 2021;24(3):223–233.
Elmi fəaliyyətAxtarmaq üçün ən azı iki hərf yazın.
Həftəiçi 10:00–17:00 · Şənbə 10:00–14:00
Həkim haqqında
Fiziki müalicə və reabilitasiya üzrə uzman həkim. 2025-ci ilin dekabrından Baku Medical Plaza Babək filialının Fizioterapiya və Reabilitasiya şöbəsinə rəhbərlik edir, 2019-cu ildən İstanbul Atlas Universiteti Xəstəxanasında Doktor Öğretim Üyesi vəzifəsində çalışır.
Uzm. Dr. Ağalar Cavadov 1986-cı ildə Neftçala şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini (2004–2010) bitirdikdən sonra Neftçala Şəhər Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsində ixtisas təhsili alıb və məcburi xidmət keçib (2010–2013). 2013–2017-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Fiziki Tibb və Reabilitasiya Anabilim Dalında ixtisaslaşıb.
Sonrakı illərdə Yeni Huzur Tıp Merkezi-nin (2018–2019) və Bakıdakı Mediland Hospital-ın (2018–2025, konsultant həkim) fiziki müalicə və reabilitasiya şöbələrində çalışıb. 2019-cu ildən İstanbul Atlas Universiteti Xəstəxanasında, 2025-ci ilin avqustundan həm də Atlas Universiteti Tibb Fakültəsində fəaliyyət göstərir. 2025-ci ilin dekabrından Baku Medical Plaza Babək filialının Fizioterapiya və Reabilitasiya şöbəsinə rəhbərlik edir.
Fəaliyyət istiqaməti sümük, əzələ, oynaq və sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyasıdır.
Biz yalnız simptomları — ağrını — kəsmirik; ağrını yaradan səbəbi tapıb onu müalicə edirik.
Müalicə planı hər xəstə üçün ayrıca qurulur. Eyni simptom müxtəlif insanlarda fərqli səbəbdən yarana bilər, ona görə də fizioterapiya prosedurları xəstənin klinik vəziyyətinə uyğun seçilir, əks göstərişlər nəzərə alınır və müalicə prosesi mütəmadi izlənilərək ehtiyac olduqda proqram yenilənir.
Təhsil və təcrübə
2004–2010
«Müalicə işi» ixtisası üzrə ali tibb təhsili; 2010-cu ildə həkim ixtisası verilib (diplom)
2010–2013
Kardiologiya şöbəsində ixtisas təhsili və məcburi xidmət
2013–2017
Fiziki Tibb və Reabilitasiya Anabilim Dalında ixtisas (rezidentura). 27 dekabr 2017-ci ildə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin ixtisas sənədi ilə fiziki tibb və reabilitasiya üzrə uzman adı alıb.
2018–2019
Fiziki müalicə və reabilitasiya şöbəsində həkim
2018–2025
Fiziki müalicə və reabilitasiya şöbəsində konsultant həkim
2019-cu ildən
Fiziki Tibb və Reabilitasiya — Doktor Öğretim Üyesi (xəstəxananın əvvəlki adı: Medicine Hospital). 2025-ci ilin avqustundan həm də Atlas Universiteti Tibb Fakültəsinin Fiziki Müalicə və Reabilitasiya bölməsində.
2025-ci ilin dekabrından
Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri
Sənədlər
Azərbaycan Tibb Universitetinin diplomu və Türkiyə Respublikası Səhiyyə Nazirliyinin fiziki tibb və reabilitasiya üzrə ixtisas sənədi. Böyük ölçüdə baxmaq üçün şəklə toxunun.
— böyük ölçüdə açın2017
Türkiyə Respublikası Səhiyyə Nazirliyi · İstanbul Universiteti, İstanbul Tibb Fakültəsində ixtisas təhsili · 27 dekabr 2017
— böyük ölçüdə açın2010
Azərbaycan Tibb Universiteti · «Müalicə işi» ixtisası, həkim · 2004–2010
Javadov A, Ketenci A, Aksoy C. Pain Physician. 2021;24(3):223–233.
Elmi fəaliyyətSertifikatlar
Üzvlüklər
Uzm. Dr. Ağalar Cavadov Türkiyənin aşağıdakı tibb dərnəklərinin üzvüdür.
Qəbul
Müayinə zamanı şikayətləriniz, mövcud xəstəlikləriniz və keçirdiyiniz əməliyyatlar ətraflı qiymətləndirilir, müalicə planı buna uyğun fərdi qurulur.